Sizin reklam burada
Sizin reklam burada

"Seçkilər ölüm-dirim döyüşü olacaq"

"Seçkilər ölüm-dirim döyüşü olacaq"
“Amerikalı siyasətçilər bu dəfə də seçilmək üçün erməniləri “yeni vədlər”lə aldadacaqlar”.
Bunu erməni politoloq Suren Sərkisyan deyib.
“Noyabrın 8-də ABŞ-da aralıq seçkilər keçiriləcək. Konqres indi tamamilə Demokratların əlindədir. Noyabrın 8-də keçiriləcək seçkilər Respublikaçılar və Demokratlar arasında ölüm-dirim döyüşü olacaq. Çünki bunun nəticələri 2024-cü il prezident seçkiləri üçün ciddi əsaslar yaradacaq.
ABŞ-da 1 milyona yaxın erməni seçici var. Demokrat administrasiya və qanunverici orqan hər bir erməninin səsi üçün mübarizə aparacaq. Onlar ermənilərin səslərini əldə etmək üçün yenə bizi xatırlayacaqlar. Yenə də soyqırımının “tanınması faktı”nı yada salacaqlar, “yeni vədlər” verəcəklər. Birinci isə Nensi Pelosi gələcək” – Sərkisyan qeyd edib.
Ekspert amerikalı siyasətçilərin bu dəfə də səslərini almaq üçün “yeni vədlər”lə erməniləri aldadacaqlarını bildirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş