Sizin reklam burada
Sizin reklam burada

“Uğurlu əks-hücumlar var"

“Uğurlu əks-hücumlar var"
“Cəbhənin müxtəlif ərazilərində ayrı-ayrı yaşayış məntəqələrinin köçürülməsi ilə bağlı proses artıq neçə həftədir ki, müşahidə olunur. Bunu, o cümlədən, əksəriyyəti müvəqqəti olaraq rus işğalçılarının nəzarətində olan Xerson vilayətində də müşahidə etmək olar.
Bunu ukraynalı hərbi ekspert Aleksey Melnik deyib.
“Uğurlu əks-hücumlar var, amma möhkəmlənmək imkanları yoxdur. Baş verən son prosesləri nəzər salsaq, orada möhkəm dayaq əldə etməyin mümkün olub-olmayacağını gözləmək lazımdır” - ekspert bildirib.

Xerson vilayətinin azad edilməsindən danışan Melnik bunun rusların bölgənin işğalı zamanı istifadə etdikləri taktika ilə baş verməyəcəyini vurğulayıb:
“Söhbət indi Rusiyanın Dnepr çayının sağ sahilindəki bütün qüvvələrini tədarükdən məhrum edərək, onları məğlub etmək və ya onlar bu ərazilərdən geri çəkilməyə məcbur etmək bacarığından gedir”.
Ekspert Xersonun azad edilməsinin Rusiyada siyasi təlatümə və orduda çaxnaşmaya səbəb olacağını iddia edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş