Sizin reklam burada
Sizin reklam burada

"Kartlardan istifadə etməklə ödəmələr asanlaşacaq”

"Kartlardan istifadə etməklə ödəmələr asanlaşacaq”
Hindistan və Rusiya tezliklə bir-birinin ödəniş sistemlərini, o cümlədən “Mir” və “RuPay” sistemlərini tanıya bilər.
Bu barədə Hindistanın "Deccan Herald" nəşri məlumat yayıb.
“İki ölkənin milli ödəniş infrastrukturları çərçivəsində “RuPay” və “Mir” kartlarının qarşılıqlı qəbulu Rusiyadan Hindistana və əksinə səfər edənlərin kartlardan istifadə etməklə problemsiz ödəmələrini asanlaşdıracaq” - nəşr yazıb.
Qeyd olunur ki, belə bir ehtimal Hindistanın milli təhlükəsizlik üzrə müşaviri Ajit Dovalın Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Rusiya Baş nazirinin müavini, sənaye və ticarət naziri Denis Manturov və digər rəsmi şəxsləri ilə görüşündə müzakirə edilib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş