Sizin reklam burada
Sizin reklam burada

"Vətənin maraqlarına cavab verən siyasət yeritməkdə qətiyyətliyik"

"Vətənin maraqlarına cavab verən siyasət yeritməkdə qətiyyətliyik"
"Rusiya qüdrətli və müstəqil dövlət kimi dünya miqyasında yalnız öz fundamental maraqlarına cavab verən siyasət aparacaq".
Bunu Rusiya Prezidenti Vladimir Putin Dövlət Bayrağı Günü münasibətilə müraciətində bildirib.
Rusiya liderinin sözlərinə görə, kənar diktələrə yol vermədən öz iradəsinə uyğun yaşamaq istəyi rusların genetik kodunun bir hissəsidir.
Dövlət başçısı əlavə edib ki, Rusiya heç vaxt ənənəvi dəyərlərə sadiqlikdən kənara çıxmayacaq.
"Rusiya güclü, müstəqil dünya dövlətidir. Biz beynəlxalq arenada yalnız Vətənin köklü maraqlarına cavab verən siyasət yeritməkdə qətiyyətliyik " - deyə prezident bildirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş