Sizin reklam burada
Sizin reklam burada

“AB ABŞ-ın təşviqiylə sanksiyalar tətbiq edir"

“AB ABŞ-ın təşviqiylə sanksiyalar tətbiq edir"
Avropa Birliyinin Türkiyə-Rusiya iqtisadi yaxınlaşmasından narahatlığı sadəcə şou məqsədi daşıyır. Əgər onları bu, həqiqətən narahat etsəydi, Rusiyadan təbii qaz almazdılar.
Bunu türkiyəli ekspert Rəcəb Erçin deyib.
“AB ABŞ-ın təşviqiylə Rusiyaya qarşı sanksiyalar tətbiq edir. Lakin Türkiyə bu sanksiyalara qatılmayacaq və tərəf tutmayacaq” - Erçin bildirib.
O qeyd edib ki, ölkələrin təbii qaz ticarəti müəyyən hallarda Türkiyə üzərindən də davam edir: “Körfəz vasitəsilə Rusiyaya pul axınının geri döndüyü məlumdur. Onların Rusiyaya qarşı ciddi sanksiya qərarı olsaydı, bunu daha sərt şəkildə həyata keçirərdilər. Sadəcə onlar Türkiyəni bu görünən sanksiyaları həyata keçirməyə dəvət etməklə, ölkə iqtisadiyyatını çətinləşdirmək, Avropa bazarına möhtac və dəyər zəncirindən asılı qalmasını istəyirlər”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş