Sizin reklam burada
Sizin reklam burada

"Hər an məhv edilə bilərlər”

"Hər an məhv edilə bilərlər”
Ukrayna Silahlı Qüvvələrinin işğal olunmuş Popasnada "Vaqner" qərargahını məhv etməsi şəxsən Putinə zərbədir.
Bu barədə rusiyalı politoloq Andrey Piontkovski deyib.
O bildirib ki, vaqnerçilərin Xerson vilayətində qalması siyasi nöqteyi-nəzərdən daha yaxşı olsa da, hərbi baxımdan oranı tərk etməlidirlər: “Hərbi baxımdan indi Rusiya Baş Qərargahının vaqnerçiləri sağ sahildən çıxarması məqsədəuyğundur. Çünki onlar hazırda həssas və resurslardan məhrum vəziyyətdədir. Buna görə də hər an məhv edilə bilərlər”.
O qeyd edib ki, Hitler də öz dönəmində Putin kimi belə səhvlərə dəfələrlə yol verib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş