
Britaniyalı yazıçı Salman Rüşdiyə hücumda yalnız özü, eləcə də onu dəstəkləyənlər günahkardır.
Bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.
“Heç kimin İranı yazıçıya sui-qəsd cəhdində ittiham etməyə haqqı yoxdur” - diplomat bildirib.
Xatırladaq ki, Rüşdinin 1989-cu ildə yazdığı "Şeytan ayələri" romanı müsəlmanların kəskin etirazına səbəb olub. İranın Ali Rəhbəri Ayətullah Xomeyni Rüşdinin öldürülməsinə fətva verib. 2012-ci ildə İranın dini fondu yazıçının qətlinə görə 3,3 milyon dollar mükafat təyin edib.
Conflict.az