Sizin reklam burada
Sizin reklam burada

"Mənfi rəftardan xəbərdarıq"

"Mənfi rəftardan xəbərdarıq"
ABŞ Rusiya Federasiyasını Ukraynanın nüvə obyektləri yaxınlığında bütün hərbi əməliyyatları dayandırmağa və nəzarəti tam şəkildə Ukraynaya təhvil verməyə çağırır.
Bu sözləri ABŞ Milli Təhlükəsizlik Şurasının adı açıqlanmayan nümayəndəsi Avropanın ən böyük atom elektrik stansiyası olan ZAES-in ətrafında yaranmış vəziyyəti şərh edərkən deyib.
“Biz Zaporojye AES işçilərinə qarşı mənfi rəftardan xəbərdarıq. Bütün bunlara baxmayaraq, Ukraynanın çətin şəraitdə nümayiş etdirdiyi nüvə təhlükəsizliyi ilə bağlı fədakarlığı yüksək qiymətləndiririk” - o bildirib.
Qeyd edək ki, Rusiya Zaparojye AES-i atəşə tutduğuna görə, hidrogen sızması, radioaktiv çirklənmə riski və yüksək yanğın təhlükəsi hələ də qalmaqdadır.

Conflict.az

  • Sosial şəbəkədə paylaş