Sizin reklam burada
Sizin reklam burada

"Bu halda Çin və ABŞ arasında toqquşma ehtimalı çoxalır"

"Bu halda Çin və ABŞ arasında toqquşma ehtimalı çoxalır"
ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfərinə görə Çinin adaya hücum etmək riski mövcud deyil. Ona görə ki, bunun üçün Çinin kifayət qədər gücü yoxdur.
Bu sözləri Yaponiyanın beynəlxalq təhlükəsizlik sahəsində aparıcı ekspertlərindən biri, alim Sasakavı Çuneo Vatanabe deyib.
Onun sözlərin görə, riskin olmaması Çinin desant gəmilərinin çox olmamasından irəli gəlir: “Amma bu hücum 5-6 il ərzində baş tuta bilər. O şərtlə ki, Çin lazımi hərbi qüvvəsini tez bir zamanda toplasın. Bu halda Çin və ABŞ arasında toqquşma ehtimalı çoxalır. Əsas məsələ isə Amerikanın Tayvanı müdafiə etməyə hazır olub-olmayacağıdır. Əgər hazır olmasa, Çinin Tayvana hücum etmək ehtimalı artır”.
Qeyd edək ki, Nensi Pelosi hazırda Tayvanda rəsmi səfərdədir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş