Sizin reklam burada
Sizin reklam burada

"Vəziyyət təhlükəlidir"

"Vəziyyət təhlükəlidir"
İndi vəziyyət Soyuq müharibə dövründəkindən qat-qat təhlükəlidir. Bu vəziyyətə görə biz günahkar deyilik.
Bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Teleqram hesabında yazıb.
Medvedyev bildirib ki, ABŞ 2026-cı ildə başa çatacaq START-3-ü əvəzləyəcək nüvə potensialının məhdudlaşdırılması ilə bağlı yeni müqavilə üçün Rusiyaya müraciət edəcək: “Bayden könülsüz şəkildə deyib ki, hətta Soyuq müharibə dövründə SSRİ və ABŞ təhlükəsizlik məsələlərini müzakirə edərək kompromislər tapıblar”.
Vaşinqtonun bu təklifinə Medvedyev skeptik reaksiya verib.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş nüvə silahından istifadə təhlükəsinin Soyuq müharibənin qızğın çağında olduğu səviyyəyə çatdığını bildirmişdi.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ