
Avropa Rusiyanın enerji şantajına hazırdır.
Bunu ABŞ Dövlət katibinin keçmiş müşaviri, ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa və Avrasiya məsələləri üzrə keçmiş direktoru, diplomat Metyu Brayza deyib.
“AB ölkələri əmindir ki, onlar bu qış Rusiya qazının tədarükünün tamamilə dayandırılması təhlükəsi fonunda mümkün diskomforta dözə biləcəklər” - Brayza söyləyib.
“Qış avropalılar üçün kifayət qədər narahat olacaq, lakin evlər deyil, bəzi iri müəssisələr üçün narahatlıq yaranacaq. Almaniyada keçirilən ictimai rəy sorğularına görə, almanlar evlərində temperaturun aşağı düşməsinə, iqtisadi artımın bir qədər yavaşlamasına hazırdırlar” - diplomat bildirib.
Diplomatın fikrincə, əgər hava çox soyuq keçərsə və diskomfort Rusiyaya müqavimət göstərmək hazırlığını üstələyərsə, qışın şaxtasında avropalıların fikrini dəyişmək əsl problem olacaq.
Conflict.az