Sizin reklam burada
Sizin reklam burada

"Qızıl Xaç Komitəsi və Birləşmiş Millətlər Təşkilatı cinayətlə bağlı araşdırmaya başlamalıdır"

"Qızıl Xaç Komitəsi və Birləşmiş Millətlər Təşkilatı cinayətlə bağlı araşdırmaya başlamalıdır"
Ukrayna Donetsk vilayətinin işğal olunmuş Yelenovka bölgəsində ukraynalı məhbuslara qarşı törədilən terror aktı ilə bağlı beynəlxalq araşdırma aparılmasını tələb edir.
Bu barədə Hərbi əsirlərlə davranış üzrə əlaqələndirici qərargah bəyanat yayıb.
“Beynəlxalq Qızıl Xaç Komitəsi və Birləşmiş Millətlər Təşkilatı dərhal cinayətlə bağlı beynəlxalq araşdırmaya başlamalı və bu hadisədə iştirak edənlərin hamısının cəzalandırılmasını tələb etməlidir. Biz ukraynalı hərbi əsirlərin saxlanma şəraitinin yoxlanılması üçün beynəlxalq təftişin aparılmasının zəruriliyini vurğulayırıq” - bəyanatda qeyd olunub.

Conflict.az

  • Sosial şəbəkədə paylaş