Sizin reklam burada
Sizin reklam burada

"Belə iddianı əsaslı hesab etmirik"

"Belə iddianı əsaslı hesab etmirik"
Rusiya qazını Almaniyaya idxal edən ən iri idxalçısı olan "Yuniper" şirkəti "Qazprom"dan məktub alıb. Məktubda rusiyalı inhisarşı "Şimal axını-1" boru kəməri ilə fors-major şəraitinə istinad edərək, qaz tədarükünün azaldılması barədə xəbərdarlıq edib. Bu məktub "Qazprom"u kompensasiya ödəməkdən qorumaq üçündür.
Bu barədə "Röyter" agentliyi məlumat yayıb.
"Biz belə iddianı əsaslı hesab etmirik və onu rəsmən rədd etmişik" - bu, "Yuniper" şirkətində bəyan edilib.
Bundan öncə xəbər verildiyi kimi, "Şimal axını-1" qaz kəməri 11-21 iyul tarixlərində planlı təmirə dayanıb.
Bu zaman Almaniya hökuməti ehtiyat edib ki, reqlament işləri başa çatdıqdan sonra qazın verilməsi bərpa edilməyəcək.
Əgər "Qazprom"un mövqeyi dəyişməzsə, Almaniyanın bu əndişəsi özünü doğruldacaq.
Hazırda ölkədə qaz saxlancı yerləri normanın 64 faizi qədər dolub. Əvvəllər qış üçün qaz ehtiyatlarının kritik minimumu normanın 90 faizi hesab edilib. Son zamanlar normativ 80 faizə endirilib.
Beləliklə, Kreml Almaniyanı seçim qarşısında qoya bilər: əgər qazımızı almaq və soyuqlar düşənədək saxlanc yerlərinizi doldurmaq istəyirsinizsə, biz onu sertifikatı kansler Olaf Şolts tərəfindən dondurulan "Şimal axını-2" vasitəsilə tədarük edə bilərik.
Paralel olaraq Avropa Komissiyasının sədri Ursula fon der Lyayyen bu gün Azərbaycan Prezidenti İlham Əliyev ilə energetika sahəsində strateji tərəfdaşlıq barədə memorandum imzalayıb.
Tərəflər hər il Avropa İttifaqına 2027-ci ilədək 20 milyard kub metr qaz tədarük etmək üçün Cənub qaz dəhlizinin buraxılış qabiliyyətini iki dəfə artırmağı öhdəsinə götürüb.
Bakı artıq indi Avropaya 2022-ci ildə təbii qaz tədarükünü 8, 1 milyard kub metrdən 12 milyard kub metrədək artıracaq.

Conflict.az

  • Sosial şəbəkədə paylaş