Sizin reklam burada
Sizin reklam burada

"ABŞ münaqişənin iştirakçısına çevrilir"

"ABŞ münaqişənin iştirakçısına çevrilir"
Getikcə ABŞ-dan Ukraynanın birbaşa Rusiya ərazisinə zərbə endirməsi ilə bağlı aqressiv çağırışlar daha çox eşidilir. Bu, Amerika tərəfinin adekvatlığını itirdiyini göstərir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“ABŞ-da, xüsusən də Konqres yanında Helsinki Komissiyası adlanan qurumun üzvləri və əməkdaşları arasında birbaşa Rusiya ərazisinə zərbələr endirmək üçün getdikcə daha aqressiv çağırışlar səslənir. Bu cür bəyanatlar onların adekvatlığını itirdiyini nümayiş etdirir” - diplomat qeyd edib.
Zaxarova xüsusilə ABŞ hökumətinin ATƏT-dəki nümayəndəsi Pol Massaronun Ukrayna Silahlı Qüvvələrinə Rusiyadakı hərbi obyektlərə zərbələr endirməsinə icazə verilməsi təklifinə diqqət çəkib.
“ABŞ Kiyevdəki rejimə verilən müasir raket sistemlərindən ərazilərimizdəki hədəflərə qarşı istifadə olunmasının qarşısını almaqdan yayınır, Ukrayna birləşmələri tərəfindən Donbasın şəhərlərinin, yaşayış məntəqələrinin vəhşicəsinə atəşə tutulmasını qanuni hesab edir. Beləliklə, ABŞ bütün sonrakı nəticələrlə münaqişənin birbaşa iştirakçısına çevrilir. Bu, dünyada təhlükəli və sabitliyi pozan yoldur” - Zaxarova qeyd edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş