Sizin reklam burada
Sizin reklam burada

“NATO üzvlüyünə can atan üç ölkə var"

“NATO üzvlüyünə can atan üç ölkə var"
"Gürcüstanın NATO istiqamətində irəliləməsinə kömək etmək üçün, əsas diqqət hələ də islahatlara yönəlib".
Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Avropa Parlamentinin deputatları ilə görüş zamanı bildirib.
Onun sözlərinə görə, hazırda alyansın əsas diqqəti Ukraynaya və bu ölkənin müstəqil, suveren dövlət kimi mövcud olmasına dəstək verməyə yönəlib:
“NATO üzvlüyünə can atan üç ölkə var. Bunlar Ukrayna, Gürcüstan və Bosniya-Herseqovinadır. Gürcüstan və Ukrayna iki fərqli ölkədir. Hazırda əsas diqqət üzvlüyə deyil, Ukraynaya, bu ölkəyə müstəqil, suveren dövlət kimi mövcud olması üçün dəstək verilməsinə yönəlib. Gürcüstan üçün isə əsas diqqət ölkənin NATO üzvlüyünə doğru irəliləməsinə kömək edəcək islahatlara yönəlib. Bildiyiniz kimi, yeni üzvlüklə bağlı istənilən qərar alyansın üzvləri tərəfindən yekdil dəstək tələb edir. NATO-da üzvlüklə bağlı fəaliyyət planımız var. Diqqəti islahatlara doğru yönəldin və ümid edirəm ki, bir gün biz bir addım daha da irəli gedə biləcəyik" - deyə Yens Stoltenberq bildirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş