Sizin reklam burada
Sizin reklam burada

"Omikron" ştammının "kentavr" adlı yeni variantı aşkarlandı

"Omikron" ştammının "kentavr" adlı yeni variantı aşkarlandı
Niderlandda koronavirusun "omikron" ştammının "kentavr" kimi də tanın BA.2.75 adlı yeni variantı aşkarlanıb.
Bu barədə ölkənin Milli Səhiyyə və Ətraf Mühit İnstitutundan bildiriblər.
Məlumata əsasən, yeni variant iyunun 26-da götürülən nümunələrdə aşkarlanıb. Bu varianta yoluxanların sayı barədə məlumat verilmir.
Qeyd edək ki, "omikron" ştammının sözügedən variantı dah öncə Avstraliya, Böyük Britaniya, Almaniya, Hindistan, Kanada, Yeni Zelandiya, ABŞ və Yaponiyada qeydə alınıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş