Sizin reklam burada
Sizin reklam burada

"Moskva Avropada qazın tam dayandırılacağı qorxusu yaratmaqla sanksiyaların aradan qaldırılmasın nail olmağa çalışır"

"Moskva Avropada qazın tam dayandırılacağı qorxusu yaratmaqla sanksiyaların aradan qaldırılmasın nail olmağa çalışır"
Ukraynanın Energetika Nazirliyi Kanada hakimiyyətini “Şimal axını” boru kəməri ilə qaz nəqlinin davam etdirilməsi üçün zəruri olan “Siemens” turbininin qaytarılması qərarını ləğv etməyə çağırıb.
"Biz Kanada hökumətini bu qərarı ləğv etməyə, həmçinin sanksiyalar rejiminin bütövlüyünü təmin etməyə çağırırıq" - nazirlik bu addımdan məyus olduğunu bildirib. Departament hesab edir ki, Rusiya Almaniyaya qaz tədarükünü Ukraynanın tranzit imkanlarının köməyi ilə turbinsiz davam etdirə bilər. “Şimal axını 1” kompressor stansiyası ehtiyat turbinlər də daxil olmaqla bir neçə turbinlə təchiz olunub. Yalnız bir turbin hazırda Kanadadadır” - deyə Ukrayna Energetika Nazirliyi əlavə edib. Reuters agentliyi mənbəyə istinadən Kanadanın qərarı barədə yazıb. Turbin Almaniyaya göndəriləcək, sonra isə Qazprom-a təhvil veriləcək. Ukraynanın qaz nəqli sistemi operatorunun rəhbəri Serhiy Makoqon bu addımı “çox pis presedent” adlandırıb.
Almaniya kansleri Olaf Şolz da öz növbəsində qərarı alqışlayıb.
Qeyd edək ki, Avropa Kanada hökumətindən “Şimal axını-1”in Monrealda təmirdə olan turbinlərini Almaniyaya gətirmək üçün sanksiyalardan birdəfəlik azad olmasını istəyib. Bu isə Ukrayna tərəfinin kəskin narazılığına səbəb olub. Ukrayna qaz tranziti şəbəkəsi bəyan edib ki, Rusiya “Şimal axını1”dən kənarda Avropaya qaz nəqlini müqavilələrdə nəzərdə tutulan həcmə çatdırmaq imkanındadır. Lakin Moskva bu imkandan bilərəkdən yararlanmayaraq, Avropada qazın tam dayandırılacağı qorxusu yaratmaq və sanksiyaların aradan qaldırılmasın nail olmağa çalışır. Avropanın qaz turbinlərinə görə Kanadadan istisna istəməyi Rusiyanın bu məqsədinə qismən çatdığını göstərir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş