Sizin reklam burada
Sizin reklam burada

"Avropa Gürcüstanla dostluq istəyirsə, gürcü xalqını olduğu kimi qəbul etməlidir"

"Avropa Gürcüstanla dostluq istəyirsə, gürcü xalqını olduğu kimi qəbul etməlidir"
“Alt-İnfo” tərəfdarları Gürcüstanın paytaxtı Tbilisidə keçirdikləri aksiyada Avropa İttifaqının bayrağını yandırıblar.
Gürcü mediası xəbər verir ki, parlamentin önündə başlayan aksiya ilə "Gürcü Arzusu"nun mərkəzi qərargahına, oradan isə Avropa İttifaqının Tbilisidəki ofisinə doğru yürüş edən aksiyaçılar "Yaşasın Gürcüstan" şüarı səsləndiriblər.
Cinsi azlıqların "Tbilisi Pride" aksiyasının əleyhinə olan "Alt-İnfo" hərəkatının tərəfdarları Avropa İttifaqı ofisinin qarşısında Avropa İttifaqının bayrağını yandırıblar.
Onlar Aİ səfirinə “Get, get”, - deyə qışqıraraq müraciət ediblər.
Aksiyaçıların sözlərinə görə, Avropa Gürcüstanla dostluq istəyirsə, gürcü xalqını olduğu kimi qəbul etməlidir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş