
Avropa Parlamenti Avrop İttifaqının qaz anbarlarının qışa qədər doldurulması planlarını təsdiqlədi. Həmin planlar noyabrın 1-dək saxlanma səviyyəsinin ən azı 80 faizini nəzərdə tutur.
Bu barədə Avropa Parlamentinin plenar iclasında qəbul edilən yeni reqlamentlə bağlı press-relizde bildirilib.
"Üzv-dövlətlər və operatorlar 85 faizi hədəfləməlidirlər. Önümüzdəki illərdə avropalıları potensial təchizatda fasilələrdən qorumaq üçün hədəf 90 faiz olacaq" - deyə qeyd olunub.
Aİ ölkələrinin qaz təchizatı mənbələrini şaxələndirmək və enerji səmərəliliyi tədbirlərini gücləndirmək ehtiyacını vurğulanıb.
Conflict.az
