Sizin reklam burada
Sizin reklam burada

“Yunanıstan təhlükəsiz ölkə deyil”

“Yunanıstan təhlükəsiz ölkə deyil”
“Yunanıstan artıq rusiyalı turistlər üçün təhlükəsiz ölkə deyil”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin departament rəhbəri Yuri Pilipson deyib.
Rusiya XİN-ə Yunanıstanda ruslara qarşı ayrı-seçkilik və hücumlarla bağlı mesajlar daxil olduğunu bildirən Pilipson yunan rəsmilərindən ölkəsi əleyhinə açıqlamalar verildiyinə və yerli mətbuatda Ukrayna hadisələri ilə bağlı dezinformasiyalar yayıldığına diqqət çəkib.
Pilipson Rusiyanın Afinadakı səfirliyi və Saloniki baş konsulluğuna da ruslardan hüquqlarının pozulduğuna dair şikayətlər daxil olduğunu iddia edib.
O əlavə edib ki, Rusiyanın Yunanıstandakı diplomatik personalının sayının azaldılması ilə əlaqədar diplomatik nümayəndəliklərin imkanları da ciddi şəkildə məhdudlaşdırılıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş