Sizin reklam burada
Sizin reklam burada

Çin bu il 11-ci dəfə Yaponiyanın ərazi sularını pozdu

Çin bu il 11-ci dəfə Yaponiyanın ərazi sularını pozdu
Çinin sahil mühafizə gəmilərinin Şərqi Çin dənizindəki mübahisəli Senkaku adaları ətrafındakı Yaponiyanın ərazi sularına daxil olduğu bildirilib.
Bu barədə Yaponiya Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Çin gəmilər Uotsuri adasından 20 kilometr cənub-qərbdə Yaponiyanın ərazi sularının əhatə etdiyi mübahisəli ərazidə yapon balıqçı gəmilərinə yaxınlaşıb.
Yaponiya Sahil Mühafizə Xidmətinin xəbərdarlığından sonra Çinə məxsus gəmilər bölgəni tərk edib.
Çinin bu il 11-ci dəfə Yaponiyanın ərazi sularını pozduğu açıqlanıb.
Şərqi Çin dənizində Yaponiyanın “Senkaku” və Çinin “Diaoyu” adlandırdığı arxipelaq 5 ada və 3 qayadan ibarətdir.
Heç kimin yaşamadığı arxipelaq uzun müddətdir ki, iki ölkə arasında suverenlik mübahisələrinə səbəb olur.

Conflict.az

  • Sosial şəbəkədə paylaş