Sizin reklam burada
Sizin reklam burada

"Siyasi öhdəlikləri pozan hərəkətlər yolverilməzdir"

"Siyasi öhdəlikləri pozan hərəkətlər yolverilməzdir"
Moskva Avropa qitəsində Rusiyanın yeganə torpağı olan Kalininqrad vilayətindən dəmir yolu xətti ilə federasiyaya daşınmalara qoyulan məhdudiyyətlə bağlı Avropa Birliyinə nota verib.
Rusiya Xarici İşlər Nazirliyi AB-nin Moskvadakı səfiri Markus Edereri nazirliyə çağıraraq etiraz notasını təqdim edib.
Ederer Rusiya XİN-də saat yarım davam edən görüş keçirib.
Nazirlik görüşdən sonra Edererə etiraz notası verildiyini açıqlayıb: “Avropa Birliyi nümayəndəsinə Kalininqrad bölgəsi ilə Rusiya ərazisi arasında nəqliyyatda birtərəfli anti-Rusiya məhdudiyyətləri tətbiq edildiyi üçün etiraz notası verilib. AB-nin müvafiq hüquqi və siyasi öhdəliklərini pozan və gərginliyi artıran bu cür hərəkətlərin yolverilməzliyinə diqqət çəkilib. Kalininqrad keçidinin normal işləməsi üçün dərhal rotasiya tələb olunub. Əks halda adekvat cavab veriləcək”.
Rusiya XİN dünən müvafiq məhdudiyyətləri tətbiq edən Litvanın bu ölkədəki müvəqqəti işlər vəkilini də nazirliyə çağıraraq etiraz notası verib.
Kalininqrad federasiya ilə quru əlaqəsi olmayan, Litva və Polşa arasında - Baltik dənizi sahilində yerləşən Rusiya ərazisidir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş