
ABŞ Azərbaycanla sülh əldə etməsi üçün Ermənistana hər cür dəstəyi göstərəcək.
Bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid erməni mediasına müsahibəsində deyib.
“Birləşmiş Ştatlar bu prosesə dəstəyində sadiqdir: biz həqiqətən də faydalı olmaq istəyirik. ABŞ həm də Dağlıq Qarabağ münaqişəsində əsas rol oynayan Minsk Qrupunda həmsədr ölkədir. Və biz bu prosesə əvvəlkitək sadiq qalırıq. Həmçinin Avropa İttifaqının da mühüm rol oynadığını görürük. Ona görə də hiss edirəm ki, bu, region üçün bir fürsətdir və biz sülh naminə Ermənistan üçün əlimizdən gələni edəcəyik” - deyə o bildirib.
Qeyd edək ki, Bakıdan İrəvana 18 iyunda səfər edən Donfridin keçmiş Dağlıq Qarabağ münaqişəsi və artıq tarixə qovuşmuş, faktiki olaraq fəaliyyəti iflic olan Minsk Qrupundan danışması doğrudan da İrəvana "hər cür kömək cəhdi" təsiri bağışlayır.
Conflct.az