
Rusiya ordusu dayandırılmasa, o Polşaya girəcək.
Bunu Polşanın “Polsat News” televiziyasına müsahibəsində Ukraynanın müdafiə naziri Aleksey Reznikov deyib: "Ukrayna ciddi müqavimət göstərdi. Rusiya 72 saat ərzində Kiyevi tuta bilmədi. Əgər Ukrayna rusları dayandırmasa, onlar Polşaya hücum edəcəklər. Biz azad Varşava üçün qanımızı axıdırıq” – deyə Reznikov vurğulayıb.
Conflict.az