Sizin reklam burada
Sizin reklam burada

Pakistanın Baş naziri Hindistan hökumətini tənqid etdi

Pakistanın Baş naziri Hindistan hökumətini tənqid etdi
Pakistanın Baş naziri Şahbaz Şərif Hindistan hökumətini Məhəmməd Peyğəmbərin təhqir olunmasına etiraz edən müsəlmanlara göstərilən təzyiqə görə tənqid edib.
Bu barədə Şərif Tvitter hesabında yazıb.
O qeyd edib ki, Hindistan hakimiyyəti müsəlmanları cəmiyyətin siyasi, iqtisadi və mədəni həyatından daha da sıxışdırmağı planlaşdırır.
Qeyd edək ki, Uttar Pradeş ştatının müxtəlif ərazilərində keçirilən etiraz aksiyalarında iştirak edən 300-dən çox insan saxlanılıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş