Sizin reklam burada
Sizin reklam burada

"Onun dediklərini qəbul etdim"

"Onun dediklərini qəbul etdim"
ABŞ-ın keçmiş prezidenti Donald Trampın qızı Ədliyyə Nazirliyinin 2020-ci il prezident seçkilərində saxtakarlığın olmaması ilə bağlı gəldiyi qənaətlə razılaşıb.
Eyni zamanda Trampın müşaviri olmuş İvanka 2021-ci ilin yanvarında baş vermiş Kapitoliya hücum hadisəsini araşdıran ABŞ Konqresinin Nümayəndələr Palatasının komitə iclasında iştirak edib.
Ağ Evin keçmiş rəhbərinin qızı bildirib ki, baş prokuror Uilyam Barrın gəldiyi nəticə ona təsir edib.
"Barr Co Baydenin qalib gəldiyi seçkinin nəticələrini dəyişdirmək üçün kifayət qədər əsas tapmadığını bildirdi. Bu, mənim fikrimə təsir etdi. Baş prokuror Barra hörmət edirəm, ona görə də onun dediklərini qəbul etdim" İvanka deyib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş