
Bu ilin payızından çağırışçılar hərbi hissələrə göndərilməzdən əvvəl təlim-məşq təcrübəsindən keçəcəklər.
Ermənistanın müdafiə naziri Suren Papikyan hərbi xidmətə çağırışla bağlı son dəyişiklikləri şərh edərkən deyib.
“Bütün çağırışçılar təlimin məcburi mərhələsindən keçəcəklər, yalnız bundan sonra onlar hərbi hissələrə göndəriləcəklər” - Papikyan bildirib.
Onun sözlərinə görə, Ermənistanda yay hərbi xidmətə çağırış iyunun 13-də başlayacaq və iyulun 15-dək davam edəcək.
Conflict.az