Sizin reklam burada
Sizin reklam burada

"Bundan sonra silahlı qüvvələr yalnız öz işləri ilə məşğul olacaq"

"Bundan sonra silahlı qüvvələr yalnız öz işləri ilə məşğul olacaq"
Ermənistanın müdafiə orqanlarında struktur dəyişiklikləri həyata keçiriləcək. Nəticədə yeni model tətbiq ediləcək. Yeni modelə əsasən müdafiə nazirinin birinci müavini Baş Qərargah rəisi təyin ediləcək.
Bu barədə Ermənistan müdafiə naziri Suren Papikyan deyib.
“Ordunun idarə olunması ilə bağlı müəyyən dəyişikliklər edilir. Bundan sonra silahlı qüvvələr yalnız öz işləri ilə məşğul olacaq: ölkənin müdafiəsi, döyüş hazırlığı. Qalan funksiyalar müdafiə idarəsinin şöbələrinə həvalə ediləcək - ehtimal ki, ərzaq təchizatı vəziyyətində olduğu kimi” - Papikyan bildirib.
Papikyan qeyd edib ki, hazırda hazırlanmaqda olan struktur dəyişiklikləri haqqında qanun layihəsi yaxın vaxtlarda Milli Assambleyaya təqdim olunacaq.

Conflict.az

  • Sosial şəbəkədə paylaş