Sizin reklam burada
Sizin reklam burada

Hökumət xarici qoşunların ölkəyə gəlişini qanuniləşdirmək niyyətindədir

Hökumət xarici qoşunların ölkəyə gəlişini qanuniləşdirmək niyyətindədir
Moldova hökuməti Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda xarici qoşunların ölkəyə gəlişini qanuniləşdirmək niyyətindədir. Artıq qanun layihəsi hazırlanma mərhələsindədir.
Bu barədə Moldova mətbuatı məlumat yayıb.
Layihənin əsas məqsədi Moldova Daxili İşlər Nazirliyinin Baş Sərhəd Polisi İdarəsinə regional böhran və qaçqın axınının idarə edilməsində lazımi dəstəyin göstərilməsi üçün mütəxəssislərin FRONTEX-ə göndərilməsi üçün hüquqi baza yaratmaqdır.
FRONTEX mütəxəssislərinin Moldovadakı fəaliyyəti ilə bağlı bütün xərclər Avropa Sərhəd Polisi və Sahil Mühafizəsi Agentliyi tərəfindən ödəniləcək.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilovun sözlərinə görə, Moldova Rusiyanın gələcəkdə işğal etməyi planlaşdırdığı iki ölkədən biri ola bilər. Ukrayna Müdafiə Nazirliyi isə Rusiyanın Dnestryanıdan bu məqsədlə istifadə edə biləcəyini iddia edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş