Sizin reklam burada
Sizin reklam burada

"Qərar qəbuletmə mərkəzləri Kiyev ərazisində yerləşmir"

"Qərar qəbuletmə mərkəzləri Kiyev ərazisində yerləşmir"
Ukrayna Rusiya obyektlərinə zərbə endirərsə, Rusiya Silahlı Qüvvələrinin hərəkətə keçməkdən başqa yolu qalmayacaq.
Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.
“Tamamilə aydındır ki, artıq deyildiyi kimi, əgər Allah eləməsin, bu tip silahlardan (ABŞ-ın verdiyi son uzaqmənzilli raket sistemləri - red.) Rusiya ərazilərinə qarşı istifadə olunarsa, bu halda ölkəmizin silahlı qüvvələrinin bu mərkəzləri məğlub etmək üçün hərəkətə keçməkdən başqa yolu qalmayacaq” - D.Medvedyev qeyd edib.
Medvedyev qərar qəbuletmə mərkəzlərinin Kiyevdən kənarda da olduğunu vurğulayıb: “Ancaq başa düşmək lazımdır ki, bu halda yekun qərar qəbuletmə mərkəzləri, təəssüf ki, hətta Kiyevin ərazisində də yerləşmir. Buna görə də bu, şübhəsiz ki, nəzərə alınmalı olan bir təhlükədir”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş