
Yaxın 10 il ərzində Polşa ərazisində ABŞ tərəfindən müxtəlif təyinatlı 100-dən çox hərbi obyekt tikiləcək.
Bunu ABŞ-ın Polşadakı səfiri Marek Bjezinski deyib.
“Yaxın 10 il ərzində 110-dan çox tikinti layihəsinin həyata keçirilməsi planlaşdırılır. Bütün bunlar Polşanın hərbi hazırlığını ciddi şəkildə artırmaq üçündür. Tikintiyə hərbi təhsil müəssisələr, yeməkxanalar, kazarmalar və başqa məqsədlər üçün istifadə olunacaq obyektlər daxildir” - o bildirib.
Conflict.az