Sizin reklam burada
Sizin reklam burada

Onlar bizim ölkəmizə gəliblər

Onlar bizim ölkəmizə gəliblər
Ukrayna Rusiya ərazisinə zərbələr endirmək üçün ABŞ-ın verdiyi uzaqmənzilli silahlardan istifadə etməyəcək.
Bu barədə Volodimir Zelenski Amerikanın “Newsmax” telekanalına müsahibəsində deyib.
“Mən bilirəm ki, ABŞ-da bəzi insanlar və Ağ Evdəkilər deyir ki, biz bu silahlardan Rusiyaya hücum etmək üçün istifadə edə bilərik. Baxın, biz Rusiyaya hücum etməyi planlaşdırmırıq” - deyə Ukrayna Prezidenti vurğulayıb.
O əlavə edib ki, Ukrayna “Rusiya Federasiyasında maraqlı deyil” və onun ərazisində müharibə aparmır.
“Müharibə bizim ərazimizdə gedir. Onlar bizim ölkəmizə gəliblər. Biz şəhərlərimizi blokadadan çıxarmaq istəyirik. Bunun üçün bizə 100 kilometrə qədər məsafədən zərbə vura bilən silahlar lazımdır” - deyə Zelenski əlavə edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş