Sizin reklam burada
Sizin reklam burada

"İştirakçı, yoxsa müxalif idiniz?”

"İştirakçı, yoxsa müxalif idiniz?”
Rusiya Prezidenti Vladimir Putinin ölümü və ölümcül xəstəlikləri barədə xəbərlər informasiya kampaniyasıdır.
Bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.
“Amma o, əbədi deyil. Bütün bunlar bitəndə nə edəcəksiniz? Bu, şəxsi məsuliyyət məsələsidir. Putinin dövründə nə etdiniz? O, bütün bu adamyeyən qərarları nə vaxt təsdiqlədi? İştirakçı, yoxsa müxalif idiniz?” - müşavir söyləyib.
A.Arestoviç Putinin səhhətində problemlərin olduğunu da qeyd edib: "Bu, şübhəsiz ki, bir məlumat kampaniyasıdır. Bu, Putinin siyasi xadim kimi dünyasını dəyişməsindən sonra onun ətrafındakı hər kəsi öz şəxsi perspektivləri haqqında düşünməyə yönəltmək məqsədi daşıyır. Bu, yeri gəlmişkən, yaxşı hekayədir, çünki onun səhhətində həqiqətən problem var. Bu, adi gözlə görünür. Bu problemlərin miqyası bəlli deyil. Hər halda qocalır, gəncləşmir. Stalinin necə öldüyünü xatırlayırıq. Sadəcə yardım almadı".

Conflict.az

  • Sosial şəbəkədə paylaş