
Rusiyanın “Aeroflot” şirkəti Qərbin sanksiyaları səbəbindən təyyarə hissələrinin ciddi çatışmazlığı ilə üzləşəcək.
Bu barədə "Blumberq" məlumat yayıb.
Məlumata görə, Rusiya yaxın gələcəkdə “Boinq” və “Airbus” məhsullarını əvəz edə bilməyəcək: "Ona görə də bəzi təyyarələrdən ehtiyat hissələri üçün istifadə etməli olacaq. Qərbin sanksiyaları səbəbindən “Aeroflot” xarici marşrut şəbəkəsini kəskin şəkildə azaldıb. Belə ki, fevralın 24-nə şirkət 56 ölkəyə, mayın ortalarında isə 13 ölkəyə uçuşlar həyata keçirib. Bundan əlavə, sərnişin axını da azalıb".
Qeyd olunur ki, yaxın gələcəkdə "Aeroflot" əsasən yerli hava yolu şirkəti olacaq.
Conflict.az