Sizin reklam burada
Sizin reklam burada

Ermənistan diplomatik mübarizəni eyni orbitə daşımağa çalışır

Ermənistan diplomatik mübarizəni eyni orbitə daşımağa çalışır
Azərbaycan müharibəni udub. İndi hədəf sülhü udmaqdır.
Ermənistan müharibəni özünün – KTMT və ya Rusiyanın maraq dairəsinə necə keçirməyə çalışırdısa, diplomatik mübarizəni də eyni orbitə daşımağa çalışır. Məsələn, əvvəlcə bu il aprel ayının 29-da razılaşdırılmışdı ki, delimitasiya və demarkasiya üzrə işçi qrupun görüşü Azərbaycan − Ermənistan sərhədində keçirilsin. Ermənistanın təklifi belə idi. Sonra Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə görüş 7-11 maya keçirildi. Yenə də Ermənistanın təklifi ilə. Amma İrəvan bu görüşü də pozdu. Bir neçə gün sonra isə Ermənistan XİN bildirdi ki, komissiya görüşmək istəyir. Amma Ermənistan-Azərbaycan sərhədində yox, Moskvada! Ermənilər üçün bütün yollar Sülhə yox, Moskvaya aparır!
Rusiya-Ukrayna müharibəsi hər bir ağıllı adamı düşündürməlidir. Bu yalnız Rusiya-Ukrayna, Rusiya-NATO qarşıdurması deyil. Söhbət postsovet məkanının gələcəyindən gedir. Təkcə Ukrayna deyil narahat, Baltikyanı respublikalar da əndişə içindədir: Tacikistan qarışır, Gürcüstan narahatdır... Analitiklər zəif Gürcüstan, vassal Ermənistanın olduğu Cənubi Qafqazda Azərbaycanın vəziyyətini ən etibarlı kimi qiymətləndirirlər. İstər siyasi-iqtisadi, istərsə də, hərbi baxımdan Azərbaycanın gələcəyi dinamik, proqressiv görünür. Səbəb? Necə oldu ki, bu boyda təlatümlər içində Azərbaycan qələbə qazanmağı, qələbəni əldə saxlamağı bacardı. Cavab sadədir. İlham Əliyevin liderliyi və Güclü Azərbaycan.

Conflict.az

  • Sosial şəbəkədə paylaş