Sizin reklam burada
Sizin reklam burada

"Konstruktiv və səmimi söhbət olacaq"

"Konstruktiv və səmimi söhbət olacaq"
ABŞ Prezidenti Co Bayden Hindistanın Baş naziri Narendra Modi ilə görüşündə onu Qərbin Rusiyaya qarşı sanksiya təzyiqlərinə qoşulmağa razı salmağa çalışacaq.
Bu barədə ABŞ Prezidentinin təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan məlumat verib.
"Bu, konstruktiv və səmimi söhbət olacaq" - deyə o bildirib.
Qeyd edək ki, Baydenin Modi ilə Yaponiyada Dördtərəfli Təhlükəsizlik Dialoqu ölkələrinin (ABŞ, Yaponiya, Hindistan və Avstraliya) liderlərinin sammiti çərçivəsində görüş keçirməsi planlaşdırılır.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ