
AB neft tədarükünə embarqo tətbiq etmək qərarına gəlsə, ortamüddətli perspektivdə Rusiya neftinə əvəz tapa bilməyəcək.
Bunu “Lukoyl” şirkətinin keçmiş rəhbəri Vahid Ələkbərov “Faynənşl Tayms”a müsahibəsində deyib.
“Embarqo olarsa, Rusiya 2020-ci ildə pandemiyanın başlanğıcında olduğu kimi hasilatı azaltmalı, quyuları dondurmalı olacaq, çünki bütün Avropanın tələbatını bir gecədə başqa bazarlara yönləndirmək mümkün deyil”- Ələkbərov bildirib.
Ələkbərovun sözlərinə görə, Rusiya neftinə embarqo hamı üçün şok və bütün tərəflər üçün ən pis ssenari olacaq: “Hazırda Avropaya axan Rusiya neftinin yönləndirilməsi üçün yeni infrastrukturun qurulması illər çəkəcək”.
Conflict.az