Sizin reklam burada
Sizin reklam burada

"Tezliklə dünya nizamının necə dəyişəcəyini görəcəyik"

"Tezliklə dünya nizamının necə dəyişəcəyini görəcəyik"
"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı genişlənəcək, bir neçə ildən sonra onun tərkibinə onlarla ölkə daxil olacaq".
Bunu Belarusun müdafiə naziri Viktor Xrenin bildirib.
"Düşünürəm ki, təşkilat genişlənəcək. Biz tezliklə dünya nizamının necə dəyişəcəyini görəcəyik. KTMT döyüşə hazırlığını, sülhsevərliyini nümayiş etdirdi və hesab edirəm ki, bir neçə ildən sonra o, artıq 6 ölkədən ibarət olmayacaq. Onlarla dövlət ona qoşulacaq” - Xrenin bildirib.
Onun sözlərinə görə, təhdidlər və çağırışlar daim dəyişir: "Əlbəttə, düşünmürəm ki, rəngli inqilablar hardasa aradan qalxsın, terror və narkotik ticarəti, insan alveri və bioloji təhdidlər aradan qalxsın. Bu çağırışlar fonunda təşkilat inkişaf edəcək, müvafiq formasiyalar və yeni hadisələrə qarşı mübarizə aparmalı olan vasitələri müəyyənləşdirəcək.

Conflict.az

  • Sosial şəbəkədə paylaş