
ABŞ-ın Ukraynadakı hərbi bioloji proqramlarından məxfilik pərdəsi götürülməlidir, Rusiyanın sayəsində dünyanın bunu etmək imkanı var.
Bunu Rusiya Dövlət Dumasının vitse-spikeri, ABŞ-ın Ukraynadakı bioloji laboratoriyalarının fəaliyyətinin araşdırılması üzrə parlament komissiyasının həmsədri İrina Yarovaya bildirib.
“Rusiya BMT Təhlükəsizlik Şurasında açıq müzakirəyə təkid edir, ona görə ki, ABŞ-ın yaratdığı layihələr qlobal təhlükədir. Əgər Ukrayna rejimi itaətkar vassala çevrilibsə və öz xalqına xəyanət edibsə, bu o demək deyil ki, dünyanın digər dövlətləri bioloji təhlükəsizlik, bərabər və bölünməz təhlükəsizlik məsələlərində vicdanlı əməkdaşlıq məsələlərinə biganədirlər” - Yarovaya qeyd edib.
Conflict.az