Sizin reklam burada
Sizin reklam burada

"Tövbə etmək onun üçün çox çətin olacaq"

"Tövbə etmək onun üçün çox çətin olacaq"
“İndi Prezident Vladimir Putinlə münasibətləri normallaşdırmaq 2014-cü ildə - Krımın ilhaqından sonra etdiyimiz səhvi təkrarlamaq deməkdir”.
Bunu İngiltərə Baş naziri Boris Conson deyib.
“İnanıram ki, mümkünsüz heç nə yoxdur, amma indi Putinlə münasibətləri necə normallaşdıra biləcəyimizi başa düşə bilmirəm. Bu gün tövbə etmək onun üçün çox çətin olacaq. O, insan haqlarını və beynəlxalq hüququ kobud şəkildə pozub. Tamamilə günahsız ölkəyə qarşı barbarca etdiyi hücuma görə günahkardır və onunla münasibətləri normallaşmaq 2014-cü ildə etdiyimiz səhvi təkrarlamaq olardı” - Conson bildirib.
O, həmçinin dünya liderlərinə müraciət edib ki, səkkiz il əvvəlki səhvə yol verməsinlər.

Conflict.az

  • Sosial şəbəkədə paylaş