Sizin reklam burada
Sizin reklam burada

"Bu, bir az uzun çəkə bilər"

"Bu, bir az uzun çəkə bilər"
ABŞ-ın Ukraynaya verdiyi tank əleyhinə sistemlərin arsenalını doldurma vaxtı bir ildən çox çəkə bilər.
Axar.az xəbər verir ki, bunu Pentaqon sözçüsü Kristin Vormut deyib.
“Javelin”ə gəlincə, məncə, “Raytheon” şirkəti bir il ərzində sürətini artırmağa çalışır. Əmin deyiləm, amma düşünürəm ki, bu, bir az daha uzun çəkə bilər, lakin biz sənaye nümayəndələri ilə fəal işləyirik” - Vormut qeyd edib.
Onun sözlərinə görə, ABŞ-ın Ukraynaya təhvil verdiyi tank əleyhinə sistemlərin arsenalını doldurma vaxtı tamamilə onların sistemlərindən asılıdır.
Vormut qeyd edib ki, hazırda istehsalı dayandırılan “Stinger” tank əleyhinə raketləri ilə bağlı müddət onların modernləşdirilməsi və ya mövcud modellər əsasında istehsalı barədə qərarın qəbul edilib-edilməməsindən asılı olacaq.

Conflict.az

  • Sosial şəbəkədə paylaş