Sizin reklam burada
Sizin reklam burada

"Ermənistanda əhali Qarabağ yükündən azad olmaq istəyir"

"Ermənistanda əhali Qarabağ yükündən azad olmaq istəyir"
Ermənistanda müxalifətin qondarma “arsax”ın əski parçasını müxtəlif yerlərdə nümayiş etdirmək istəyinə elə ermənilərin özləri etiraz edir.
Müxalifətin aksiyaya başladığı ilk günlərdə Fransa meydanında separatçıların əski parçasını cırmışdılar. Daha sonra parlamentdə Seyran Ohanyanın tribunada sərgilədiyi əski parçasını Paşinyanın deputatları götürdülər.
Bu foto isə İrəvanda binaların birinin liftində çəkilib. Müxalifəti dəstəkləyənlər əski parçasını liftə yapışdırsalar da, elə yerli sakinlər tərəfindən üzəri cızılıb.
Ermənistanda əhalinin müəyyən hissəsi Qarabağ yükündən tamamilə azad olmaq istəyir və artıq bunu əməli şəkildə büruzə verir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş