Sizin reklam burada
Sizin reklam burada

Bu gün yeni sanksiyalar paketi müzakirə ediləcək

Bu gün yeni sanksiyalar paketi müzakirə ediləcək
Avropa İttifaqı bədii gimnastika üzrə rusiyalı olimpiya çempionu Alina Kabayevaya sanksiya tətbiq etməyi təklif edib.
Bu barədə “Bloomberg” məlumat yayıb.
Agentliyin məlumatına görə, sanksiyalar siyahısı ittifaq üzvləri olan ölkələr tərəfindən təsdiqlənənə qədər hələ də dəyişikliklərə məruz qala bilər.
Qeyd edək ki, bir müddət əvvəl Fransanın Aİ-dəki sədrliyi “Twitter”də bildirmişdi ki, Aİ ölkələrinin daimi nümayəndələri mayın 6-da Rusiya əleyhinə yeni sanksiyalar paketini müzakirə edəcəklər.

Conflict.az

  • Sosial şəbəkədə paylaş