Sizin reklam burada
Sizin reklam burada

“Təslim olmayacağıq"

“Təslim olmayacağıq"
Rusiyanın Ukraynaya hücumu BMT nizamnaməsinin pozulmasıdır.
Ukrayna mətbuatı xəbər verir ki, bunu BMT-nin baş katibi Antoniu Quterreş deyib.
“BMT-nin dəyərlərindən biri ərazi bütövlüyünə hörmətdir. Bu əsasdır” - o, cümə axşamı Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən sonra keçirdiyi brifinqdə vurğulayıb.
Baş katib həmçinin etiraf edib ki, BMT Təhlükəsizlik Şurası münaqişənin həlli üçün əlindən gələn hər şeyi edə bilməyib.
“Biz təslim olmayacağıq. Biz güc tətbiq etməyə qarşı mübarizə aparacağıq” - Quterreş vuğulayıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş