Sizin reklam burada
Sizin reklam burada

"Əməliyyat üçün plan hazırlamağa başlayırıq”

"Əməliyyat üçün plan hazırlamağa başlayırıq”
Mariupolda mülki əhalinin “Azovstal”dan təxliyəsi üçün ümid var, ona görə də hakimiyyət humanitar əməliyyat planlaşdırmağa başlayır.
Bunu Ukraynanın Baş nazirin müavini İrina Vereşşuk Teleqramda yazıb.
"Prezident Zelenski bu gün BMT-nin baş katibi Antonio Quterreşlə görüşüb. Ümid olunur ki, biz “Azovstal”dan dinc sakinləri təxliyə edə biləcəyik. Prezident və onun komandası böyük səylər göstərir. Bu, əsas prioritetlərdən biridir. Biz humanitar əməliyyat üçün bir plan hazırlamağa başlayırıq” - deyə Vereşşuk əlavə edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş