Sizin reklam burada
Sizin reklam burada

"Hər iki ölkə üçün təhlükəsizliyi təmin edə biləcəyik"

"Hər iki ölkə üçün təhlükəsizliyi təmin edə biləcəyik"
İran və Çin müdafiə sahəsində əməkdaşlığı gücləndirməyin zərurili barədə razılığa gəliblər.
"Al Arabiya" xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Qərargah rəisi Məhəmməd Hüseyn Baqeri Çinin müdafiə naziri Vey Fenhenin Tehrana səfəri çərçivəsində deyib.
"Çinin müdafiə naziri ilə görüşdə biz birgə hərbi təlimlər, əməliyyat təcrübəsi mübadiləsi və iki ölkənin hərbçiləri arasında digər birgə fəaliyyətlərdə ikitərəfli əməkdaşlığı genişləndirmək barədə razılığa gəldik. Beləliklə, biz hər iki ölkə üçün daha çox təhlükəsizliyi təmin edə biləcəyik" - deyə Qərargah rəisi bildirib.
Öz növbəsində İran prezidenti İbrahim Rəisi Vey Fenhe ilə görüşdə İran-Çin münasibətlərini strateji adlandırıb. Eyni zamanda o, Tehran və Pekin arasında 25 il müddətinə əməkdaşlıq haqqında sazişi xatırladıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş