Sizin reklam burada
Sizin reklam burada

ABŞ-ın “qırmızı xətt”i

ABŞ-ın “qırmızı xətt”i
Solomon adalarında Çin hərbi bazasının inşası Vaşinqton və Kanberra üçün qırmızı xətt olacaq.
Bunu Avstraliyanın Baş naziri Skott Morrison bildirib.
“Yeni Zelandiyadakı və əlbəttə ki, ABŞ-dakı tərəfdaşlarımızla işləyərək. Bu məsələlərə gəldikdə, mən ABŞ ilə eyni qırmızı xətt üzərindəyəm. Çin dəniz bazaları bizim bölgəmizdə, qapımızın ağzında olmayacaq” - deyə o qeyd edib.
Hökumət başçısının sözlərinə görə, Fici və Papua Yeni Qvineya da Avstraliyanın narahatlığını bölüşür.
Eyni zamanda, Morrison Çinin qeyd olunan xətti keçəcəyi təqdirdə hansı tədbirlərin görüləcəyini açıqlamayıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş