Sizin reklam burada
Sizin reklam burada

"Dövlət sərhədinin koordinasiyası mürəkkəb prosesdir"

"Dövlət sərhədinin koordinasiyası mürəkkəb prosesdir"
Tacikistan və Qırğızıstan sərhəd məsələlərini ancaq danışıqlar yolu ilə həll edə bilər.
Bunu Tacikistan Prezidenti İmaməli Rəhman deyib.
O bildirib ki, Tacikistan hökuməti Tacikistan və Qırğızıstan arasında dövlət sərhədinin demarkasiyası ilə bağlı danışıqların tezliklə aparılmasında maraqlıdır: "Lakin vurğulayıram ki, sərhəd-ərazi məsələlərinin həlli, dövlət sərhədinin koordinasiyası və demarkasiyası çox mürəkkəb prosesdir və mütəxəssislərdən çoxlu vaxt və səy tələb edir. Tacikistan qarşılıqlı razılıq əldə etmək üçün hər iki tərəfin milli maraqlarını nəzərə almaqla mövcud problemlərin faydalı həllində danışıqların qəti tərəfdarıdır. Bir daha bildirirəm ki, dövlətlər arasında sərhəd məsələləri yalnız danışıqlar yolu ilə həll oluna bilər, başqa yol yoxdur”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş