
Biz Cənubi Qafqaz regionu üçün dinc, demokratik və firavan gələcəyə doğru inkişafına sadiq qalırıq.
Bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.
O qeyd edib ki, ABŞ aprelin 6-da Brüsseldə Ermənistan və Azərbaycan rəhbərləri arasında, sülh danışıqlarına hazırlığın müsbət dinamikası və sərhədlərin delimitasiyası üzrə ikitərəfli komissiyanın formalaşdırılması ilə bağlı görüşü alqışlayıb.
"Dövlət katibinin bir gün əvvəl, aprelin 5-də iki liderlə danışıqlar zamanı vurğuladığı kimi, biz Ermənistan və Azərbaycan arasında gələcək sülh danışıqlarını təşviq etməyə davam edirik” - diplomat bildirib.
Conflict.az