Sizin reklam burada
Sizin reklam burada

“Buğdanın qiyməti ilin əvvəli ilə müqayisədə 30% bahadır”

“Buğdanın qiyməti ilin əvvəli ilə müqayisədə 30% bahadır”
Dünyada ümumilikdə 1,7 milyard insan ərzaq təchizatı, enerji və maliyyə sistemindəki mövcud fasilələr səbəbindən ciddi çətinliklər yaşayır.
TASS xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antoniu Quterreş məlumat verib.
Quterreş deyib ki, 1,7 milyard insanın üçdə biri artıq yoxsulluq içində yaşayır.
Onun sözlərinə görə, artıq qiymətlər qalxıb, böhran vəziyyəti daha da gərginləşdirib.
“Buğda və qarğıdalının qiymətlərində böhranın əvvəlindən dəyişkənlik qeydə alınıb və hazırda ilin əvvəli ilə müqayisədə 30% bahadır”, - BMT-nin Baş katibi vurğulayıb.
Quterreş qeyd edib ki, eyni vəziyyət son aylarda 50% bahalaşan təbii qazın qiymətində də müşahidə olunur.

Conflict.az

  • Sosial şəbəkədə paylaş